Bakı - APA. BMT "İslam dövləti" qruplaşmasının cinayətlərini araşdırmaq üçün İraqa xüsusi missiya göndərəcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Təşkilatda müvafiq qətnamə qəbul edilib.
Qətnamədə "İslam dövləti" qruplaşması tərəfindən sistematik şəkildə insan haqları və beynəlxalq humanitar hüququn pozulması pislənib.
"İslam dövləti” tək İraq üçün deyil, bütün dünya üçün böyük təhlükədir”, deyə İraqın İnsan haqları üzrə naziri Məhəmməd əl-Sudani bildirib.