İraqın baş naziri ölkənin yaşayış olan məntəqələrinə hava zərbələri endirməyi qadağan edib

 İraqın baş naziri ölkənin yaşayış olan məntəqələrinə hava zərbələri endirməyi qadağan edib
# 13 sentyabr 2014 14:09 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. İraqın baş naziri Heydər əl-Abadi ölkənin yaşayış olan məntəqələrinə hava zərbələri endirməyi qadağan edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, baş nazir bu barədə ölkədaxili yerdəyişmələrlə bağlı keçirilən konfransda bildirib: “Mən əmr etmişəm ki, dinc əhalinin yaşadığı şəhərlər üzərində bombardman dayandırılsın. Günahsız qurbanların sayının artmasını istəmirik. Hökumət dayanmayacaq və “İslam dövləti”nə qarşı mübarizəsini davam etdirəcək”.

Heydər əl-Abadi əlavə edib ki, avqust ayında İraqda qarşıdurmalardan ölənləri sayı 1420-yə çatıb, bunun da çoxu dinc sakinlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR