Türkiyə müdafiə sənayesi şirkətinin rəhbəri: “Azərbaycanın müdafiə sənayesinin inkişafını dəstəkləyirik”

Türkiyə müdafiə sənayesi şirkətinin rəhbəri: “Azərbaycanın müdafiə sənayesinin inkişafını dəstəkləyirik”
# 12 sentyabr 2014 08:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçirilən konfransda Türkiyənin MKEK (Makina və Kimya Endüstrisi Kurumu) şirkətinin baş direktoru İzzət Artunc deyib.

İ. Artunc bildirib ki, “soyuq müharibə”dən sonra kiçik, mobil qüvvələrdən istifadə olunması daha çox üstünlük təşkil etməyə başlayıb: “Hərbi həmlələr çox mürəkkəb ola bilər. “Soyuq müharibə”dən sonrakı təhdidlərə asimmetrik təhdidlər deyilir. Asimmetrik təhdid daha az gücü olan tərəfin daha böyük qüvvələrə qarşı müqavimət göstərməsidir. Terrorçu qruplar da qlobal texnoloji inkişafın nəticələrindən istifadə edirlər, narkoticarətlə məşğul olurlar. Bəzi ölkələrdə çaxnaşmalar sabitliyə mənfi təsir göstərir. Bütün bunlar da asimmetrik təhdidlər sırasındadır”.

İ. Artunc bu səbəbdən ölkələrin müdafiə sənayelərini inkişaf etdirdiyini vurğulayıb: “Bu gün Türkiyənin müdafiə sənayesi güclüdür. Müəyyən mənfi təcrübələrimizdən də nəticə çıxardıq. MKEK müdafiə sənayesində nümunəvi şirkətlərdən biridir. Biz Türkiyənin müdafiə sənayesi sahəsində müstəqilliyini çox zəruri sayırıq. Azərbaycanın da bu sahədə uğurları bizi sevindirir. Biz Azərbaycanın müdafiə sənayesinin inkişafını dəstəkləyirik, Azərbaycanın yanında olacağıq. Müdafiə sənayesinin inkişafında əsas məsələ siyasi iradə, maliyyə gücü ilə bağlıdır və qardaş Azərbaycan bütün bunlara malikdir. Belə çətin vəziyyətdə Azərbaycanın belə güclü müdafiə sənayesi yaratması böyük uğurdur. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz iki dövlət, bir millətik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR