Ukrayna və Rusiya humanitar yükün tam yoxlanılmasına dair razılığa gəlib - VİDEO

Ukrayna və Rusiya humanitar yükün tam yoxlanılmasına dair razılığa gəlib - <span style="color: red;">VİDEO
# 17 avqust 2014 02:35 (UTC +04:00)

Bakı-APA. Rostov vilayətində Rusiyadan Ukraynaya yollanılan mübahisəli humanitar yüklə bağlı uzun müddətdir davam edən danışıqlar sona çatıb. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli “5-ci kanal” məlumat yayıb. Məlumata görə, yük karvanı sərhəddə tam yoxlanıldıqdan sonra Ukraynaya buraxılacaq. Razılaşmaya əsasən, karvan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən müşayiət olunacaq. Hazırda BQXK nümayəndələri onların yol boyu təhlükəsizliyinin təmin olunmasına dair zəmanət verilməsini gözləyir. BQXK nümayəndəsinin bildirdiyinə görə, danışıqlarda Ukrayna və Rusiya sərhəd və gömrük xidmətlərinin nümayəndələri iştirak edib. Humanitar yardımın yola salınacağı konkret vaxt hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR