“Qafqaz İnkişaf Bankı” nizamnamə kapitalını artırır

“Qafqaz İnkişaf Bankı” nizamnamə kapitalını artırır
# 05 sentyabr 2014 08:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Qafqaz İnkişaf Bankı” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 7 000 000 ədəd, emissiyanın ümumi həcmi isə 7 mln. manat təşkil edir.

Səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinə yaxın vaxtlarda başlayacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 12,73% artaraq 62 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR