Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və digər ağır cinayətlərlə bağlı 296 nəfər axtarışdadır

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və digər ağır cinayətlərlə bağlı 296 nəfər axtarışdadır
# 25 iyul 2014 12:36 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib. O qeyd edib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunaraq cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR