Sabirabad sakini valideynləri ilə dalaşıb evlərini yandırıb - VİDEO

Sabirabad sakini valideynləri ilə dalaşıb evlərini yandırıb - <span style="color: red;">VİDEO
# 11 noyabr 2014 20:31 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda fərdi yaşayış evi yanıb.

Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün Sabirabad rayonunun Yolçubəyli kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.

Sabirabad sakini, 1955-ci il təvəllüdlü Ağalarova Gülnaz Hüsən qızına məxsus ümumi sahəsi 308 kvadratmetr olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının tavanı 50 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğindan Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürüb, yaşayış sahəsinin digər hissələri yanğından mühafizə edilib.

İlkin araşdırma zamanı məlum olub ki, ev sahibinin oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Saleh Səmədağa oğlu yaranmış ailədaxili mübahisədən sonra qəsdən evi yandırıb.

Polis S. Ağalarovu saxlayıb. Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR