Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub - VİDEO

Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub - <span style="color: red;">VİDEO
# 06 dekabr 2014 11:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov, Anar İbadov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində polis bölməsinə gətiriliblər. Q.Kərimovdan 250 000 rubl saxta əsginas götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən “Standart Bank”a məxsus valyutadəyişmə məntəqəsinə gəlib, orada işləyən Fərid Məmmədova 250 000 rubl saxta əsginas verib 3075 manat almaları müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR