Şəkidə yanğın hadisəsi qeydə alınıb

Şəkidə yanğın hadisəsi qeydə alınıb
# 05 avqust 2014 21:53 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə yanğın hadisəsi qeydə alınıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Qayabaşı kəndində Mahir Salman oğlu Əmrahovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 128 kv/m olan mal tövləsində baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 11 ton quru ot bağlaması yanıb.


Yanğınsöndürənlərin səyi nəticəsində tövləyə bitişik tikilmiş ev yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR