Bakıda bankda baş verən yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO

Bakıda bankda baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">VİDEO
# 03 dekabr 2014 08:32 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bankda baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın bankın daxilində olan kombi sistemində qeydə alınıb. Bankın əməkdaşları dərhal binadan təxliyə edilib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıblar.

“Yapı Kredi Bank Azərbaycan” da “Dərnəgül” filialında baş verən yanğınla bağlı məlumat yayıb.

Bankdan APA-ya verilən məlumatda qeyd olunur ki, bu gün səhər saatlarında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül” filialında yanğın baş verib. Bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və qısa zamanda xidmətin əməkdaşları tərəfindən yanğın söndürülüb.

Yanğın kombi istilik sistemində tüstülənmə səbəbindən baş verib. Yanğın nəticəsində filiala ciddi zərər dəyməyib və xəsarət alan olmayıb.

Filial hazırda tam rejimdə fəaliyyətini davam etdirir.

***

saat 11:05

Bakı. Hafiz Heydərov - APA. Bakıda bank binası yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə “Yapı Kredi Bank”ın Nərimanov rayonu, Z. Bünyadov prospektində yerləşən filial binasında meydana gəlib.

Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR