Azərbaycanda məhkum xəstəlikdən ölüb

Azərbaycanda məhkum xəstəlikdən ölüb
# 14 avqust 2014 07:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkumluq həyatı yaşayan, 1952-ci il təvəllüdlü Səməd İmran oğlu Məmmədov müalicə aldığı müəssisədə dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR