GTA qruplaşmasının Moskvada terror aktları hazırladığı barədə məlumat yayılıb

GTA qruplaşmasının Moskvada terror aktları hazırladığı barədə məlumat yayılıb
# 17 noyabr 2014 08:40 (UTC +04:00)

APA-nın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarından bildiriblər ki, cinayətkarların gizlin anbarlarında yüzlərlə kiloqram partlayıcı – geksogen aşkarlanıb.

Nəşrin yazdığına görə, terror aktları 2014-cü ilin sonlarında – 2015-ci ilin əvvəlində stadionlarda və kütləvi tədbirlər zamanı planlaşdırılırdı.

Cinayətkar qruplaşmaya üzvü yalnız qətl törətmiş şəxslər üzv ola bilərdilər. Qruplaşmaya əsasən yaxın qohumlarından kimisə itirmiş şəxslər qəbul edilirdi.

Qeyd edək ki, noyabrın 6-da gecə saatlarında Moskva və ətraf qəsəbələrdə GTA üzvlərin saxlanılması istiqamətində əməliyyatlar keçirilib. Nəticədə əslən Qırğızıstan əsilli Rüstəm Usmanov öldürülüb. Moskvada isə 10 nəfər, o cümlədən Tacikistan əsilli Abdumukim Mamamdçonov saxlanılıb. Noyabrın 11-də isə qruplaşma liderlərindən daha bir nəfər ələ keçirilib.

Xatırladaq ki, bu vaxtadək qruplaşma tərəfindən ən azı 14 nəfər qətlə yetirilib. Ölənlərin meyitləri yolun kənarında dayanan avtomobillərdən tapılıb. Qruplaşma üzvlərinin radikal islamçılar olduğu bildirilsə də, sonradan Rusiya İstintaq Komitəsindən bildiriblər ki, cinayətkarlar yalnız kriminal motivlərlə hərəkət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR