Əfqanıstanda dəfn mərasimində partlayış nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb

Əfqanıstanda dəfn mərasimində partlayış nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb
# 01 dekabr 2014 13:59 (UTC +04:00)

Bakı – APA. Əfqanıstanda tayfa başçısının dəfni mərasimi zamanı baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, ölənlərdən 7 nəfər mülki şəxs, 2 nəfər isə polis əməkdaşıdır.

Hadisə Bağlan əyalətində baş verib. Yerli polis idarəsinin rəisi Tac Mohammad Takva bildirib ki, terrorçu-kamikadzenin hədəfi yüksək çinli polis məmurları və yerli şuranın üzvləri olublar.

Qeyd edək ki, dəfn mərasimində mindən çox adam iştirak edib. Hələlik “Taliban” da daxil olmaqla, heç bir terrorçu qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR