İlin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi”nə 17 mindən çox müraciət daxil olub

İlin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi”nə 17 mindən çox müraciət daxil olub
# 02 oktyabr 2014 07:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə 6 834 müraciət daxil olub ki, onların 94,5%-i (6461 müraciət) sorğu xarakteri daşıyıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, sorğuların 68,2%-i, yəni 4 410 müraciət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə ilə bağlı işəgötürənlər tərəfindən edilib.

Bundan başqa, ötən ay “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 1 551-i sosial təminat, 303-ü əlillik və reabilitasiya, 570-i məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma ilə bağlı olub.

Ümumilikdə, bu ilin 9 ayında isə 142 - “Çağrı mərkəzi” tərəfindən 17 061 müraciət cavablandırılıb ki, onlardan 8 549-u əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı, 1 229-u məşğulluğun təminatı, 913-ü əlillik və reabilitasiya, 6 370-i sosial təminat məsələlərini əhatə edib.

Bütün müraciətlər nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən operativ və obyektiv şəkildə cavablandırılıb, habelə sorğularla bağlı müvafiq izahatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR