AHİK-in sədr müavininin həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya məhkəməsi başlayıb

AHİK-in  sədr müavininin həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya məhkəməsi başlayıb
# 04 noyabr 2014 08:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Apellaysiya Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Elmira Dadaşovanı qətlə yetirməkdə təqsirləndirilən Əlaqif Abbasovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib, dövlət ittihamçısı ittiham aktını elan edib.

Proses noyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq qətlə yetirib.

Ə. Abbasov ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirib.

İstintaq zamanı Əlaqif Abbasovun daha bir neçə evdən oğurluq etməsi müəyyən edilib. Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Axtarış İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 16-da qəsdən adam öldürdüyünə görə tutulmuş Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 11-də İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını oğurlaması, avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsi, habelə cari ilin aprel-iyun ayları ərzində Çiçək qəsəbə sakini Elşən Cəlilovun, Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlaması da müəyyən edilib.

Bundan əlavə onun “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlaması da müəyyən edilib.

Ə. Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR