ADP Ali Məclisi partiyanın seçkidə iştirak etməməsi barədə qərar çıxarıb

ADP Ali Məclisi partiyanın seçkidə iştirak etməməsi barədə qərar çıxarıb
# 02 avqust 2008 11:31 (UTC +04:00)
ADP sədri Sərdar Cəlaloğlu APA-ya deyib ki, Məclisin toplantısına 50 nəfər qatılıb və partiyanın seçkidə namizədlə iştirak etməsinə dair ciddi müzakirələr aparılıb: “Toplantıda müzakirələr qarşıdurma həddinə belə çatıb. Mən isə çıxışımda izah etməyə çalışdım ki, hazırkı vəziyyətdə partiyanın seçkidə namizədlə iştirakı istənilən nəticəni verməyəcək”. S. Cəlaloğlunun sözlərinə görə, Ali Məclis ADP-nın seçkidə iştirak etməməsi barədə qərar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR