Azərbaycanda “Arıçılıq haqqında” qanun qəbul ediləcək

Azərbaycanda “Arıçılıq haqqında” qanun qəbul ediləcək
# 05 avqust 2008 12:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda “Arıçılıq haqqında” qanun qəbul ediləcək. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov bildirib. Komissiya sədri hazırda “Arıçılıq haqqında” qanun layihəsinin müvafiq nazirliklər və dövlət qurumlarına rəyə təqdim edildiyini deyib. Onun sözlərinə görə, qanun layihəsində arıçılıq təsərrüfatının inkişaf etdirilməsi, dövlətin bu sahədə vəzifələri və digər məsələlər əksini tapıb. E. İbrahimov “Arıçılıq haqqında” qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağını da bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR