Naxçıvanda 1162 abidə pasportlaşdırılıb

Naxçıvanda 1162 abidə pasportlaşdırılıb
# 07 avqust 2008 10:07 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasında (MR) indiyədək 1162 abidə pasportlaşdırılıb. AMEA Naxçıvan bölməsindən APA-ya verilən məlumata görə, bunlardan 788-i MR-da olduğu halda son dövrlərədək qeydə alınmayan abidədir. Paralel olaraq, həmin abidələr üzərində tədqiqat işləri aparılıb, pasportlaşdırmalar zamanı 8751 yeni foto çəkilib. Yeni qeydə alınan dünya və ölkə əhəmiyyətli abidələr «Naxçıvan abidələri» ensiklopediyasına da daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR