Qulamhüseyn Əlibəyli: “Prezidentliyə namizədliyimi irəli sürmək niyyətim var”-EKSKLÜZİV

Qulamhüseyn Əlibəyli: “Prezidentliyə namizədliyimi irəli sürmək niyyətim var”-<font color=red>EKSKLÜZİV</font>
# 09 avqust 2008 11:28 (UTC +04:00)
- AXCP-dən istefa verməyinizin səbəb nədir?

- AXCP açıq tipli partiyadır, bu partiyaya daxil olmaq da, istefa vermək də sərbəstdir. Partiya Nizamnaməsi üzvlərə belə təminat verir. İstənilən şəxs könüllü şəkildə partiya sıralarını tərk edə bilər. Mən də bu hüququmdan istifadə etmişəm

- İstefanızın səbəbləri nədir?
- Mən Nizamnamə hüququmdan istifadə etmişəm.

- Prezident seçkilərində namizədliyinizi irəli sürəcəyinizlə bağlı məlumatlar var. Ümumiyyətlə, bundan sonrakı fəaliyyətiniz necə olacaq?

- Bundan sonra müstəqil siyasi fəaliyyət göstərəcəyəm. Heç bir partiyaya üzv olmaq fikrim yoxdur. Ola bilsin ki, gələcəkdə yeni özüm partiya yaratmaq təşəbbüsü ilə çıxış edim. Hamı mənim seçkilərlə bağlı mövqeyimi bilir. Mən istənilən halda seçkidə iştirakın tərəfdarı olmuşam. Prezidentliyə namizədliyimi irəli sürmək niyyətim var, amma hələ qəti qərarım yoxdur. Çünki təkbaşına seçkilərə qatılmalı deyiləm, mənimlə birgə buna qərar verəcək insanlar var. O adamlarla məsləhətləşib bazar ertəsindən gec olmayaraq qərarımı qətiləşdirəcəyəm. Namizədliyimin irəli sürülməsi üçün hələ vaxt var.

- Sizin istefanız partiya rəhbərliyi tərəfindən necə qarşılandı?

- Onlar bu qərarıma görə, təəssüf etdiklərini bildirdilər.

- Yaradacağınız partiyanın mövqeyi AXCP-dən fərqlənəcək?

- Hələ partiya yaratmaqla bağlı qəti mövqeyim yoxdur. Sadəcə, bunu istisna etmirəm.

- AXCP-nin prezident seçkilərində iştirak etməməsinin sizin istefanıza hər hansı təsiri oldumu?

- Yenə də deyirəm ki, istefa vermək azaddır, sərbəstdir. Bu mənim hüququmdur. Buna təsir edən məsələləri açıqlamaq fikrində deyiləm, bunları sirr saxlamaq istəyirəm. Bu addımıma istənilən şəxs istədiyi kimi şərh verə bilər.

- İstefanızdan öncə partiya sədri ilə müzakirəniz olubmu?

- Mən bu məsələ ilə bağlı artıq başqa açıqlama vermək istəmirəm. Çünki prezident seçkilərinə qatılmaq fikrim var, açıqladığım hər bir fikir kampaniya kimi başa düşülə bilər. Digər tərəfdən, mən istefa ərizəmi şəxsən Əli Kərimliyə təqdim etməmişəm. Çünki ötən gün rayona getməli idim. Buna görə də ərizəni özüm təqdim edə bilmədim.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR