Oğurluq üçün binanın damına çıxan Lənkəran sakini yıxılaraq ağır bədən xəsarəti alıb

Oğurluq üçün binanın damına çıxan Lənkəran sakini yıxılaraq ağır bədən xəsarəti alıb
# 15 avqust 2008 11:25 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində oğurluq etmək istəyən şəxs damdan yıxılaraq kəllə-beyin travması alıb. APA-nın cənub bürosunun məlumatına görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Hikmət Ədalət oğlu Tağıyev bu gecə saat 01.00 radələrində oğurluq məqsədilə “Lənkərankonserv” Açıq Səhmdar Cəmiyyətinin binasının damına çıxıb. Bu vaxt o, ehtiyatsızlıqdan yıxılıb. Səhər saatlarında işə gələn fəhlələr H. Tağıyevi binanın həyətində huşsuz vəziyyətdə tapıblar. Kəllə-beyin travması diaqnozu ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən H. Tağıyevin vəziyyəti qənaət-bəxşdir. Faktla bağlı Şəhər Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR