Dünyanın ən zəngin krallarının siyahısı açıqlanıb

Dünyanın ən zəngin krallarının siyahısı açıqlanıb
# 23 avqust 2008 10:21 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın məşhur “Forbes” jurnalı dünyanın ən zəngin krallarının siyahısını açıqlayıb. APA-nın məlumatına görə, bu sırada ilk yeri 35 milyard dollarlıq sərvəti ilə Tailandın kralı, 80 yaşlı Bhumibol Adulyadej tutub. oldu.
Siyahıda ən çox Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kralları yer alıb. Bu sıralamada II yeri tutan BƏƏ Şeyxi Xəlifə bin Zayed əl-Nəhayanın 23 milyard, III yeri tutan Səudiyyə Ərəbistanı kralı Abdullanın isə 21 milyard dollar sərvəti var. Keçən ilin ən varlı kralı Bruney Sultanı Hassanal Bolkiah bu il 4-cü yerə düşüb. Onun sərvəti 20 milyard dollar civarındadır. Sonrakı yeri 18 milyard dollarla Dubay Şeyxi El Maktum tutub. 12-ci yerdə olan İngiltərə Kraliçasının isə 650 milyon dollarlıq sərvəti var.

Qeyd edək ki, siyahıda olan 15 kralın ümumi sərvəti 131 milyard dollardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR