Azərbaycan Milli Bankı ISO 27001 beynəlxalq standartına keçidi payızda tamamlayacaq

Azərbaycan Milli Bankı ISO 27001 beynəlxalq standartına keçidi payızda tamamlayacaq
# 25 avqust 2008 10:35 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. KPMG beynəlxalq auditor şirkəti cari ilin sentyabr ayının sonunadək Azərbaycan Milli Bankının (AMB) informasiya təhlükəsizliyi üzrə ISO 27001 beynəlxalq standartına keçidi layihəsinin birinci mərhələsini başa çatdıracaq. Bu barədə «APA-Economics»ə AMB-nin IT təhlükəsizliyi şöbəsinin müdiri İlham Həsənov məlumat verib.
İ.Həsənovun sözlərinə görə, layihənin ilk mərhələsi informasiya aktivlərinin identifikasiyası məqsədi ilə mövcud normativ-hüquqi bazanın araşdırılması, informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və təhlilini nəzərdə tutur. Bundan sonra KPMG informasiya təhlükəsizliyi siyasəti, informasiya təhlükəsizliyinin idarə olunması (İTİS) sistemini tənzimləyən normativ-metodoloji sənədlərin hazırlanmasına başlayacaq. Bununla yanaşı, risklərin minimallaşdırılması üçün mühafizə nəzarət tədbirləri müəyyənləşdiriləcək, İTİS-in ISO/IEC 27001 standartına uyğunluğu sertifikatlaşdırılacaq. Layihənin 2008-ci ilin noyabrının əvvəlinədək tam başa çatdırılması planlaşdırılır.
İ.Həsənov qeyd edib ki, AMB-nin bu standart üzrə sertifikatlaşdırılması başa çatdıqdan sonra ölkədəki kommersiya banklarının da ISO/IEC 27001 standartına keçidi üçün imkan yaranacaq. Bu isə öz növbəsində kommersiya banklarının reytinqini və onlara qarşı etimadı artıracaq.
Xatırladaq ki, ISO/IEC 27001:2005 İT təhlükəsizliyi sahəsində daha geniş ayılmış beynəlxalq standartdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR