Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri mətbuat konfransı keçiriblər

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri mətbuat konfransı keçiriblər
# 25 avqust 2008 11:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, S. Rüstəmxanlı bildirib ki, diaspora təşkilatları ilə əlaqələrin qurulması, İranda yaşayan azərbaycanlıların hüquqlarının qorunması, bu məsələlərin beynəlxalq təşkilatlar səviyyəsinə çıxarılması istiqamətində işlər görülüb: “Bizə müraciət edən 40-a yaxın güneyli gənc və tələbənin müxtəlif problemləri həll edilib. Bununla bağlı Təhsil Nazirliyində, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində müvafiq görüşlər keçirilib”.

S. Rüstəmxanlı deyib ki, xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı müəyyən layihələr hazırlanıb: “İdarə Heyətinin sonuncu yığıncağında DAK-ın 2 illik fəaliyyət planı hazırlanıb. Bu il 4, gələn il isə 5 daha ciddi layihəmiz var”.

DAK həmsədri Firudin Pərvizniya isə bildirib ki, Avropa Şurasına məktubla müraciət edilib. Onun sözlərinə görə, İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı Avropa parlamentində yığıncaq keçirmək də nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR