Rusiyada bir ailənin dörd üzvü göldə boğulub

Rusiyada bir ailənin dörd üzvü göldə boğulub
# 15 avqust 2016 07:55 (UTC +04:00)

Bakı-APA. Bazar günü Rusiyanın Krasnoyarsk vilayətinin Şuçyem gölündə qayığın çevrilməsi nəticəsində iki uşaq və valideynləri boğulub.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ata ailə üzvləri ilə göldə gəzintiyə çıxmaq üçün tanışından qayıq götürüb. O, qayığı idarə edə bilmədiyinə görə qayıq çevrilib.

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin yaydığı məlumata görə, qayığın çevrilməsi nəticəsində 1987-ci il təvəllüdlü kişi, 1986-cı il təvəllüdlü qadın, 2008 və 2009-cu il təvəllüdlü uşaqlar həyatlarını itiriblər.

Onların cəsədlərinin axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR