Oğuz rayonunda ağacdan yıxılan kişi ağır xəsarət alıb

Oğuz rayonunda ağacdan yıxılan kişi ağır xəsarət alıb
# 09 oktyabr 2015 07:01 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuz rayonunda ağacdan yıxılan 62 yaşlı kişi ağır xəsarət alıb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 8-də saat 18:30 radələrində Oğuz rayonu Xaçmaz kənd sakini 1953-cü il təvəllüdlü Xanlar Fərzəddin oğlu Zərbəliyev ağır travmatik xəsarətlərlə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, o, qoz ağacından yıxılaraq ağır bədən xəsarətləri alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Xanlar Zərbəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR