Bakı - APA. Bakı Slavyan Universitetinin (BSU) strateji inkişaf planına uyğun olaraq mövcud strukturların optimallaşdırılması, kadr potensialından daha səmərəli istifadə məqsədi ilə islahatlar aparılır.
BSU-nun mətbuat xidmətindən APA-ya verilən universitetdə 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib. Ləğv edilmiş strukturların bir sıra funksiyaları digər uyğun qurumlarda cəmlənib, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb.
Ləğv olunmuş fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb. Bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, tələbələrin təhsilinin Bolonya prosesinə daha sıx uyğunlaşdırılmasına təkan verəcək.
Hazırda Universitet üzrə yaradılmış islahat-attestasiya komissiyası mərhələli şəkildə digər strukturların da optimallaşdırılması istiqamətində fəaliyyəti davam edir.
Bakı Slavyan Universitetində 7 kafedra, 5 şöbə, 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib
08 fevral 2016 10:58 (UTC +04:00)
Sosial
“Al Jazeera”: İsrailin Rəfaha hücumu nəticəsində 21 nəfər ölüb
06:38
6 may 2024
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024