Dağlıq Qarabağda erməni əsgər qumbara partlaması nəticəsində ölüb

Dağlıq Qarabağda erməni əsgər qumbara partlaması nəticəsində ölüb
# 12 mart 2016 07:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ötən gün Dağlıq Qarabağda erməni əsgər qumbara partlaması nəticəsində ölüb.

APA-nın tert.am-a istinadən verdiyi məlumata görə, hadisə günorta saatlarında hərbi hissələrdən birində baş verib.

Ölən hərbçi 1997-ci il təvəllüdlü Ohanyan Sarqis Davidoviçdir.

Hadisənin baş vermə təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR