MM-in komitə sədri: “Azərbaycanda psixoloq azdır, onların yerini şarlatanlar tutub”

MM-in komitə sədri: “Azərbaycanda psixoloq azdır, onların yerini şarlatanlar tutub”
# 30 sentyabr 2016 14:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda professional psixoloqlar az olduğundan onların yerini bəzi ekstrasenslər, şarlatanlar, təsadüfi falçılar doldurur”.

APA-nın xəbərinə görə, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, əsl psixoloqlar olsa, insanların psixoloji durumunun yaxşılaşdırılması istiqamətində yardım edərlər. Ə. Əmiraslanov vurğulayıb ki, psixoloqların fəaliyyət dərəcəsi çox genişdir və onlar bütün müəssisələrdə fəaliyyət göstərməlidir: “Bunlar nəzərə alınaraq, “Psixoloji yardım haqqında” qanunun qəbulu nəzərdə tutulur. Təhsil, elm, idman və digər müəssisələrin psixoloqa ehtiyacı var. “Psixoloji yardım haqqında” qanun mütləq həyata keçirilməli və bütün müəssisələrdə psixoloqlar fəaliyyət göstərməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR