“AFB Bank” IV rübə 1 mln. manatlıq mənfəətlə daxil olub

“AFB Bank” IV rübə 1 mln. manatlıq mənfəətlə daxil olub
# 21 oktyabr 2015 12:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AFB Bank” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin III rübündə 52,306 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 83,23% azdır.

Bankın depozit portfeli hesabat dövrü ərzində 14,27% artaraq 84,955 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 12,67% artaraq 74,519 mln. manata çatıb, nizamnamə kapitalı isə 17,87% artaraq 70,393 mln. manat təşkil edib.

Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 922 min 782,08 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR