Bakıda BƏƏ-nin müstəqillik günü ilə bağlı qəbul keçirilib

Bakıda BƏƏ-nin müstəqillik günü ilə bağlı qəbul keçirilib
# 03 dekabr 2015 09:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azәrbaycan Birləşmiş Ərəb Əmirliklərinin әmәkdaşlığa böyük önəm verdiyi ölkәlәrdәn biridir”.

APA-nın məlumatına görə, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel əl-Qubaisi ölkəsinin müstəqilliyinin 44-cü ildönümü ilə bağlı Bakıda keçirilən rəsmi qəbul zamanı deyib. O bildirib ki, BӘӘ-nin vitse-prezidenti vә Dubay hakimi Şeyx Mәhәmməd bin Rәşid әl-Maktumun Azərbaycana səfərindən sonra bu münasibətlər daha da sürətlə irəliləyir: “Sәfәr çәrçivәsindә iki önәmli saziş imzalanıb. BӘӘ vәtәndaşlarının Azәrbaycana çatdıqda viza әldә edә bilmәlәri dә iki dövlәt başçısının yaratdığı dost mühitini nümayiş etdirir. Sәfirliyimiz bu әlaqәlәri inkişaf etdirmәk istiqamətində öz sәylәrini davam edir”.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev BƏƏ-ni son 44 ildә әldә etdiyi nailiyyәtlәrә görә tәbrik edib: “Bizim əlaqələrimiz sürətlə inkişaf edir. Bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi, sosial sahələrdə gözəl əlaqələrimiz mövcuddur. Biz münasibətlərimizin yeni mexanizmləri üzərində işləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR