Goranboy rayon sakini intihara cəhd edib

Goranboy rayon sakini intihara cəhd edib
# 31 may 2016 17:02 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboy rayonunda intihara cəhd olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Boluslu kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Musayev səhər saat 5 radələrində içkili vəziyyətdə evə gələrək səs-küy salıb və sonra kəndir götürərək özünü asıb. Evdəkilər dərhal onu asılmış vıziyyətdən xilas edərək Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Vəziyyəti ağır olan R. Musayev reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, 2 uşaq atası olan R. Musayev spirtli içki aludəçisidir.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR