Bakıda dənizdə batan gəncin cəsədi tapılıb

Bakıda dənizdə batan gəncin cəsədi tapılıb
# 28 iyun 2016 18:39 (UTC +04:00)

Bakı-APA. Bakıda dənizdə batan 19 yaşlı şəxsin cəsədi tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1997-ci il təvəllüdlü Yusifzadə Sahil İsrail oğlunun axtarışları başa çatıb.

S. Yusifzadənin cəsədi Xidmətin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 700 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR