Tovuzda avtomobil piyadanı vurub

Tovuzda avtomobil piyadanı vurub
# 11 avqust 2016 10:01 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Aqil Eynalov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən həmkəndlisi, 1994-cü il təvəllüdlü Əsəd Əhmədovu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR