“Donuz qripi”nə qarşı dezinfeksiya işləri aparılan ali məktəblər açıqlanıb

“Donuz qripi”nə qarşı dezinfeksiya işləri aparılan ali məktəblər açıqlanıb
# 08 fevral 2016 09:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. ““Donuz qripi” təhlükəsinə qarşı bu gün Bakı Dövlət Universiteti və Polis Akademiyasında dezinfeksiya işlərinin aparılmasına başlanılıb”.

Bunu APA-ya Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kamalə Cəfərova deyib. O qeyd edib ki, Bakıdakı 8 kollecdə, eyni zamanda Azərbaycan Tibb Universiteti, Təhsil Problemləri İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Memarlıq və İnşaat Universitetində “donuz qripi”nə qarşı dezinfeksiya işləri aparılıb. K. Cəfərova əlavə edib ki, paytaxtdakı təhsil müəssisələrində dezinfeksiya işlərinin gələn həftə başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR