Qubada avtomobil dərəyə aşıb, iki nəfər ölüb

Qubada avtomobil dərəyə aşıb, iki nəfər ölüb
# 14 mart 2016 10:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qubada ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quba rayonunun Qırız-Dəhnə kəndində Xınalıq kənd sakini Elvin Məlikov idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişinləri, həmyerliləri Elşən Yarməmmədov və Şahin Bahaddinov hadisə yerində ölüb, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR