Tayvanda 5,6 bal gücündə zəlzələ olub

Tayvanda 5,6 bal gücündə zəlzələ olub
# 02 noyabr 2015 02:18 (UTC +04:00)

Bakı-APA. Tayvan sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 05:09-da qeydə alınıb.

Yeraltı təkanların episentri Taytun şəhəri yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR