Tovuz. Azər Məmmədli – APA. Tovuzda kimliyi məlum olmayan meyit tapılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, noyabrın 6-da axşam saatlarında Tovuz Mərkəzi Rayon Xəstəxanasına kimliyi məlum olmayan təxminən 40-45 yaşlarında olan kişi meyiti gətirilib. Bildirilib ki, meyit Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisində aşkarlanıb. Naməlum şəxsin avtomobil tərəfindən vurulduğu ehtimal edilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.