İrəvan Dövlət Dram Teatrının truppası Cəlilabadda “Qalx ayağa Azərbaycan!” tamaşası ilə çıxış edib - FOTO

İrəvan Dövlət Dram Teatrının truppası Cəlilabadda “Qalx ayağa Azərbaycan!” tamaşası ilə çıxış edib - <span style="color: red;">FOTO
# 08 oktyabr 2015 18:18 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppası cənub bölgəsinə qastrol səfəri çərçivəsində Cəlilabadda “Qalx ayağa Azərbaycan!” tamaşası ilə çıxış edib. APA-nın cənub bürosunun məlumatına görə, teatrın direktoru, əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin qələmə aldığı bu səhnə əsərində Azərbaycan xalqının milli dirçəlişə, milli şüurunun oyanmasına, dövlət müstəqilliyini əldə etməsinədək keçdiyi keşməkeşli tarixdən bəhs olunur, üzləşdiyi soyqırımılar obarzların dili ilə canlandırılır. Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi vurğulanır.

Tamaşadan sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və teatrın direktoru İftixar Piriyev səhnə əsəri haqqında təəssüratlarını bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR