Sabirabadda yeniyetmə qızı elektrik cərəyanı vurub

Sabirabadda yeniyetmə qızı elektrik cərəyanı vurub
# 21 avqust 2016 12:44 (UTC +04:00)

Sabirabad. Əlibyə Zeynallı-APA. Sabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

APA-nın Mi-Muğan bürosunun məlumatına görə, hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.

Hüquq-mühafizə orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR