Xaçmazda üç avtomobil toqquşub, ölənlər və yaralananlar var

Xaçmazda üç avtomobil toqquşub, ölənlər və yaralananlar var
# 18 fevral 2016 09:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xaçmazda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Qəndab-Yalama yolunun 31-ci kilometrliyində qeydə alınıb. Ruslan Nüsrətovun idarə etdiyi “Kia”, Şıxbala Zeynalovun idarə etdiyi “VAZ-2106” və Rövşən Şükürovun idarə etdiyi “VAZ-21093” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Şıxbala Zeynalov və sərnişini Elvin Cavadov hadisə yerində dünyasını dəyişib.

Digər avtomobillərin sürücüləri və sərnişinləri xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR