Yanvarda Azərbaycan 1,1 mlrd. dollarlıq xarici ticarət əməliyyatları həyata keçirib

Yanvarda Azərbaycan 1,1 mlrd. dollarlıq xarici ticarət əməliyyatları həyata keçirib
# 17 fevral 2016 11:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 mlrd. 99 mln. 884,38 min ABŞ dolları təşkil edib. "APA-Economics" Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 40,6% azdır.

Ötən ay idxal əməliyyatları 442 mln. 808,17 min dollar olub ki, bu da 2015-ci ilin yanvar ayı ilə müqayisədə təxminən 23% azdır.

Ötən ay ərzində Azərbaycan 657 mln. 76,21 min dollarlıq ixrac əməliyyatları həyata keçirib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 48,6% azdır.

Nəticədə 214 mln. 268,04 min dollar müsbət saldo yaranıb ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 3,28 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR