Muğan Regional Mərkəzində FHN-in yaradılmasının 10 illik yubileyi qeyd olunub

Muğan Regional Mərkəzində FHN-in yaradılmasının 10 illik yubileyi qeyd olunub
# 14 dekabr 2015 12:54 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində FHN-in yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirdə Muğan Regional Mərkəzinin rəhbərliyi, Salyan Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, nazirliyin regionda fəaliyyət göstərən qurumlarının əməkdaşları iştirak etmişlər.

Tədbirdən əvvəl Regional Mərkəzin inzibati ərazisində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulmuş və dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

FHN-in yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən tədbir nazirliyin yaradılması, strukturu və fəaliyyətini özündə əks etdirən vidoeçarxın nümayişi ilə başlanıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində FHN-in uğurla inkişaf etdiyini deyən Muğan Regional Mərkəzin rəisi, polkovnik Mehman Axundov mərkəzin fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərlə əlaqədar hesabat təqdim edib. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və tədbirdə iştirak edən digər şəxslər, rayon ictimaiyyətinin nümayəndələri Muğan Regional Mərkəzinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək nazirliyin 10 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söhbət açıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR