Binali Yıldırım AKP sədri seçilib

Binali Yıldırım AKP sədri seçilib
# 22 may 2016 15:15 (UTC +04:00)

Ankara. Mayis Əlizadə-APA.Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib.

APA-nın məlumatına görə, bu gün AKP-nin Ankara Arena İdman Salonunda keçirilən II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.

Qeyd edək ki, B. Yıldırım qurultayda partiyanın sədr postuna yeganə namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR