Xaçmazda fərdi evdə qadın meyiti tapılıb

Xaçmazda fərdi evdə qadın meyiti tapılıb
# 30 yanvar 2016 19:03 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz şəhərində fərdi yaşayış evində 1942-ci il təvəllüdlü Pənahova Gülxanım Həmid qızının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və G.Pənahovanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR