“AGBank” nizamnamə kapitalını kəskin artırır

“AGBank” nizamnamə kapitalını kəskin artırır
# 16 fevral 2016 16:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “AGBank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yığıncağın gündəliyinə bankın nizamnamə kapitalının 100 mln. manat artırılması, İdarə Heyətinin ötən il üzrə hesabatı, Audit Komitəsinin hesabatı, bankın maliyyə nəticələrinin təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinin və Audit Komitəsinin tərkibinin təsdiqi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR