ABŞ-ın Azərbaycandakı səfiri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb
# 02 mart 2016 11:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb. APA-nın məlumatına görə, görüşdə səfirə regionda sosial və iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib. Həmçinin görüş zamanı regionda sülhü bərpa etmək üçün Dağlıq Qarabağ münaqişəsi və onun həlli üzrə səylər barədə müzakirə aparılıb.

Tərəflər sahibkarlığın inkişafı və gənclər üçün iş yerlərinin açılmasının vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR