Azərbaycanla Bolqarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində proqram qəbul edilib - FOTO

Azərbaycanla Bolqarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində proqram qəbul edilib - <span style="color: red;">FOTO
# 18 noyabr 2015 14:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Bolqarıstanın ətraf mühit və su naziri xanım İvelina Vasileva arasında rəsmi görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə “Azərbaycan Respublikası hökuməti ilə Bolqarıstan Respublikası hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə 2016 və 2017-ci illəri əhatə edən 2 illik Proqram qəbul olunub. Proqram biomüxtəlifliyin qorunması və onun qorunması üçün strateji planların işlənib hazırlanması məqsədilə qabaqcıl təcrübə və praktika mübadiləsi, mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi, onların davamlı istifadəsi və mühafizə olunan təbiət ərazilərində fəaliyyətlər, ətraf mühitə təsirin qiymətləndirilməsi, qlobal iqlim dəyişmələri və hidrometeorologiya, ozon qatının qorunması, torpaqların ekoloji vəziyyətinin qorunması, transsərhəd su və hava çirklənmələri, tullantıların idarə edilməsi, suyun çirklənmədən mühafizəsi və su ehtiyatlarının idarə edilməsi sahələrini əhatə edir.

Daha sonra keçirilən ikitərəfli görüş zamanı Azərbaycan və Bolqarıstan arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, biomüxtəlifliyin mühafizəsi, ətraf mühitin monitorinqi, su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələri problemləri üzrə məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR