Bu gün Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurasının 22-ci toplantısı keçiriləcək

Bu gün Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurasının 22-ci toplantısı keçiriləcək
# 03 dekabr 2015 07:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bu gün Serbiyanın paytaxtı Belqradda ATƏT regionundan 40 ölkənin xarici işlər naziri və yüksək səviyyəli diplomatların iştirakı ilə Xarici İşlər Nazirləri Şurasının 22-ci toplantısı keçiriləcək.

APA-nın xəbərinə görə, Şurada Serbiyanın sədrliyi qiymətləndiriləcək. Toplantıda Ukraynadakı vəziyyət, miqrasiya, terrorizm problemləri müzakirə ediləcək.

Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in əsas qərarverici və idarəedici orqanıdır. Hər il keçirilən toplantılarda ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri, tərəfdaş ölkələrdən və bir neçə beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərinin iştirakı ilə təşkilatın ötən il ərzində fəaliyyəti nəzərdən keçirilir və təhlükəsizlik məsələləri üzrə təkliflər təqdim edilir.

2016-cı ilin yanvarın 1-dən Şuraya sədrlik Almaniyaya keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR