Misir-Azərbaycan Müştərək Komissiyasının növbəti iclasının keçirilməsi istiqamətində tədbirlər görülür

Misir-Azərbaycan Müştərək Komissiyasının növbəti iclasının keçirilməsi istiqamətində tədbirlər görülür
# 30 mart 2016 11:06 (UTC +04:00)

Qahirə. Türbət Bağırova - APA. “Misir-Azərbaycan Müştərək Komissiyasının növbəti iclasının keçirilməsi istiqamətində tədbirlər görülür”.

APA-nın Misirə ezam olunmuş əməkdaşının verdiyi xəbərə, bunu Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov bildirib. Onun sözlərinə görə, komissiyanın sonuncu dəfə iclası 2007-ci ildə keçirilib: “Müştərək Komissiyanın iclası Qahirədə keçiriləcək. Düşünürəm ki, bu iclas ikitərəfli əlaqələrə ciddi təkan verəcək. İclasın vaxtının müəyyənləşdirilməsi Misir tərəfdən asılıdır. Artıq ölkədə artıq bütün hakimiyyət strukturları tam fəaliyyət göstərir, prezident, parlament seçkiləri keçirilib, hökumət tam formalaşdırılıb. Düşünürəm ki, yaxın zamanda iclası keçirmək mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR