Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib

Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib
# 22 oktyabr 2015 15:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Yevlax rayon şöbəsinin inzibati binasında Bərdə, Zərdab, Ucar, Ağdaş, Göyçay və Yevlax rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Xidmətdən APA-ya verilən məlumata görə, qəbulda 35-ə yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR